Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sevilya” səfərdə aşağı liqa təmsilçisi “Almeriya” ilə qarşılaşıb. La Liqa təmsilçisi bu oyunda minimal hesabla qalib gəlməklə ilk yarımfinalçı olub.

İkinci oyun günündə “Levante” “Vilyarreal”la, “Qranada” “Barselona” ilə üz-üzə gəlib. Hər iki oyunda qalib əlavə vaxtda müəyyənləşib. “Levante” və “Barselona” çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

İspaniya kuboku
1/4 final
2 fevral

Almeriya – Sevilya 0:1
Qol: Okampos, 67.

3 fevral

Levante – Vilyarreal 1:0
Qol: Rocer, 120+1.

Qranada – Barselona 3:5
Qol: Kenedi, 33. Soldado, 47. Fede, 103-pen – Qrizmann, 88; 100. Alba, 90+2; 113. De Yonq, 108.

4 fevral

00:00. Betis – Atletik

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp