Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Antalyaya yollanıb. Futbolinfo.az xəbər verir ki, o, yığma komandada oynamağa iki namizədi izləyəcək. Bu futbolçular Rusiyanın “Ximki” klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın “Minay” klubunda oynayan Anatoli Nuriyevdir.

İtaliyalı mütəxəssis məlumatı təsdiqləyib və futbolinfo.az-a açıqlamasında futbolçularla danışıqlar apardığını qeyd edib: “Bu futbolçuları izləyirəm və onlarla danışıram. Məsələ barədə Azərbaycana qayıdandan sonra məlumat verəcəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp