Qadınlardan ibarət Azərbaycan millisinin İspaniya və Moldova ilə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ev oyunlarının stadionu və başlama vaxtı məlum olub.

Futbolinfo.az xəbər verir ki, İspaniya ilə fevralın 18-dəki görüş saat 20:00-da, Moldova ilə həmin ayın 23-dəki qarşılaşma isə 18:00-da başlayacaq.

Hər iki oyun Bakıdakı “ASK Arena”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp