“Səbail”in gürcüstanlı yarımmüdafiəçisi Luka İmnadzenin futbolinfo.az saytına müsahibəsi

  • “Sabah” üzərində qələbəni gözləyirdiniz?
  • Bizim üçün çox vacib qələbə idi. Bu qələbə komandaya həyat verdi. Hər oyunda motivasiyamızı bu cür qorumalıyıq, belə oynamalıyıq.
  • Bu qələbə qarşıdakı oyunlara təsir edəcək?
  • Hər matça yüksək motivasiya, qələbə əzmiylə çıxırıq. Düşünürəm ki, bəli, bu matç qarşıdakı oyunlarımıza təsir edəcək. Ən azından əhval-ruhiyyəmizin daha da yüksəkdə olmasına kömək olacaq.
  • Ümumiyyətlə, uğursuz bir mövsüm keçirirsiz. Qarşıdakı dönəmdə nəyisə dəyişə biləcəksiz?
  • Biz birlikdə bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mən komandamıza inanıram və güvənirəm.
  • “Səbail”də məqsədiniz nədir?
  • Komandaya kömək etmək, qollar vurmaq və xallar qazandırmaqdır. Avrokuboklara gedə biləcəyimizi düşünürəm.
  • Azərbaycan Premyer Liqasının səviyyəsi Gürcüstan çempionatından yüksəkdir?
  • Əlbəttə, burda səviyyə daha yüksəkdir.
  • Bu çempionatda ən çox diqqətini nə çəkir?
  • Yaxşı komandalar, yaxşı stadionlar var. Çox fərqli liqadır. Məncə, normal da çempionat var.
  • Komandaların səviyyəsi səni qane etdi?
  • Çoxlu yüksək səviyyəli komanda var. Məsələn, “Qarabağ”, “Neftçi”, “Zirə” kimi güclü komandalara qarşı oynayırıq. Burada çempionun kim olacağını demək çətindir.
  • Həmyerlilərinlə burada görüşürsən?
  • “Qəbələ”də oynayan Merab Giqauri ilə, “Zirə”də oynayan Davit Volkov ilə danışırıq, görüşürük. Bura gəlməmişdən öncə də onlarla danışdım, məsləhət gördülər ki, gəl.
  • “Səbail”də əvvəl maddi problemlər mövcud idi. Bu barədə sənə məlumat verilmişdi?
  • Bu barədə heç bir şey eşitməmişdim. İndi hər şey qaydasındadır.

CAVAD

Shares: