Qabriel Qravina yenidən İtaliya Futbol Federasiyasının prezidenti seçilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Dünən keçirilən seçkilərdə Qravina 73,45 faiz səslə qalib olub.
67 yaşlı funksioner 2018-ci ildən İtaliya Futbol Federasiyasının prezidentidir. Qravina daha 4 il federasiyaya rəhbərlik edəcək.