DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Türkiyə matçının yeri dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qarşılaşma İspaniyanın Malaqa şəhərində baş tutacaq. Belə bir qərarına verilməsinə koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinin tətbiq olunması səbəb olub.
Qeyd edək ki, görüş martın 27-də keçiriləcək. Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.