Futbol üzrə Qətər kubokunun qalibi məlum olub.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “Əl-Duhail” və “Əl-Sədd” komandaları üz-üzə gəlib.
Final matçı “Əl-Sədd”in 2:0 hesablı qələbəsiylə başa çatıb. Bunedjahın 9 və 77-ci dəqiqələrdə vurduğu qollar sözügedən komandaya ölkə kubokunu qazandırıb.
Qeyd edək ki, “Əl-Sədd” klubunu “Barselona”nın sabiq futbolçusu Xavi çalışdırır. İspan mütəxəssis, məşqçi karyerası ərzində 5-ci kubokunu qazanıb. 2019-cu ilin mayından “Əl Sədd”i çalışdıran Xavi bu titulların hamısına Qətər klubunda sahib çıxıb.