İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Edin Dzeko zədələnib.
34 yaşlı futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin “Braqa” ilə cavab oyununda (3:1) sıradan çıxıb.
Dzekonun azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bosniya və Heseqovina yığmasının da üzvü olan hücumçu A Seriyasının 24-cü turunun “Milan”la matçını buraxacaq.
“Roma” – “Milan” görüşü sabah – fevralın 28-də baş tutacaq.