İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu La Liqanın 25-ci turunun “Sevilya” ilə səfər matçında (2:0) sıradan çıxıb.
Pedrinin son durumu tibbi müayinədən sonra bilinəcək. 18 yaşlı futbolçu bu mövsüm 25 oyuna çıxıb, 2 qola imza atıb.