Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Göztəpə” doğma meydanda “Kasımpaşa”nı minimal hesabla üstələyib.
Turun mərkəzi görüşü Trabzonda keçirilib. Son turda doğma meydanda “Göztəpə”yə uduzan “Fənərbaxça” bu dəfə “Trabzonspor”un qonağı olub. İstanbul təmsilçisi səfərdə minimal hesabla qələbə qazanıb.
Türkiyə Super Liqası
27-ci tur
26 fevral
Gənclərbirliyi – Yeni Malatyaspor 1:1
Qol: E.Özbir, 60-öz qapısına – Tetteh, 34.
Konyaspor – Qaziantep 0:0
Beşiktaş – Dənizlispor 3:0
Qol: Larin, 22. Abubakar, 38. Lyayiç, 39.
27 fevral
Hatayspor – Ankaragücü 4:1
Qol: Diuf, 45; 55-pen. Akintola, 65-pen; 74 – Borven, 16.
Fatih Karagümrük – Alanyaspor 2:0
Qol: Ndao, 50. Borini, 88.
Antalyaspor – Başakşəhər 0:0
Rizəspor – Sivasspor 0:0
Qalatasaray – Ərzurumspor 2:0
Qol: M.Məhəmməd, 38; 45.
28 fevral
Göztəpə – Kasımpaşa 1:0
Qol: Ndiaye, 26.
Trabzonspor – Fənərbaxça 0:1
Qol: Pelkas, 76.