Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Turun əksər görüşləri bazar gününə təsadüf edib.

“Arsenal” bu turda “Lester” səfərinə yollanıb, “Liverpul”un rəqibi isə autsayder “Şeffild Yunayted” olub. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Londonda keçirilib. Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası
26-cı tur
27 fevral

Mançester Siti – Vest Hem 2:1
Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43.

Vest Bromviç – Brayton 1:0
Qol: Bertli, 11.

Lids – Aston Villa 0:1
Qol: El-Qazi, 5.

Nyukasl – Vulverhempton 1:1
Qol: Laskelles, 52 – Neves, 73.

28 fevral

Kristal Pelas – Fulhem 0:0

Lester – Arsenal 1:3
Qol: Tilemans, 6 – D.Luis, 39. Lakazette, 45+2-pen. Pepe, 52.

Tottenhem – Bernli 4:0
Qol: Beyl, 2; 55. Keyn, 15. Lukas, 31.

Çelsi – Mançester Yunayted 0:0

Şeffild Yunayted – Liverpul 0:2
Qol: Cons, 48. Brayan, 64-öz qapısına.

1 mart

00:00 Everton – Sauthempton

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp