“İddialarımız böyükdü. Əsas diqqətimiz Azərbaycanla sabah keçirəcəyimiz oyuna yönəlib” – bunu Portuqaliya millisinin futbolçusu Ruben Dias deyib.

DÇ-2022-nin seçmə mərhələsində sabah Azərbaycan yığması ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayan müdafiəçi bildirib ki, mundiala yol mərhələ-mərhələ keçiləcək: “Əhval-ruhiyyəmiz həmişəki kimi əladır. Nə etməli olduğumuzu bilirik”.

Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp