Portuqaliya millisinin iki futbolçusu – qapıçı Ruy Silva və sol cinah müdafiəçisi Rafael Gerreyru DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu böyük ehtimalla buraxacaqlar. Sözügedən oyunçular zədə səbəbindən matç öncəsi son məşqə qatılmayıblar.

Bundan əvvəl Portuqaliya millisinin əsas qolkiperi Ruy Patrisiu və müdafiəçi Pepenin zədəli olduqları Azərbaycana qarşı oynamayacaqları bildirilmişdi.

Qeyd edək ki, İtaliyanın “Yuventus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp