Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib. Əlverişsiz hava şəraiti üzündən yarıda qalmış və 52-ci dəqiqədən oynanılan “Turan Tovuz” – “Sumqayıt-2” matçında qolsuz bərabərlik qeydə alınıb.

Günün digər matçı isə Gəncədə keçirilib. “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbə qazanıb.

XIII turun oyunları

23 mart

Kəpəz – Qaradağ Lökbatan 3:1

Qol: Əli Səmədov, 14; 88. Emil Qasımov, 90+9 – Elnur Səmədov, 74.

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu.

Gəncə şəhər stadionu, 15:00.

Turan Tovuz – Sumqayıt-2 0:0

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli.

Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp