“Neftçi”nin yeni transferi Keysuke Honda Kamboca milli komandası ilə müqaviləsini yeniləyib.

Futbolinfo.az xəbər verir ki, yığmanın baş meneceri olan 34 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.

Bu barədə “Sport Cambodia” nəşri məlumat yayıb. Honda, daha iki il millinin baş meneceri vəzifəsini icra edəcək. Yarımmüdafiəçi 2018-ci ildən yığmada çalışır.

Honda “Neftçi” ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp