“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb.

“Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” baş tutacaq matça saat 17:00-da start veriləcək.

Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma isə “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp