İtaliyanın “Livorno” klubu müflis ola bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Xəbərdə, C Seriyası təmsilçisinin ciddi maliyyə problemləri yaşadığı bildirilib.

“Livorno”nun futbolçularına olan borclara görə B Seriyasında 3 xalı silinib. Ciddi maliyyə problemləri yaşayan klub müflis olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

“Livorno” İtaliya çempionatları tarixində iki dəfə (1920, 1947) ölkə çempionatının gümüş medalçısı olub. Komanda hazırda C Seriyasında 20-ci sıradadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp