İngiltərənin “Arsenal” klubunun sabiq müdafiəçisi Kiran Gibbs karyerasını ABŞ-da davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu “İnter Mayami” klubuna keçib.

Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gibbslə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi iyulda yeni komandasına qoşulacaq.

2017-ci ildən İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən Gibbs, “İnter Mayami”yə yayda azad agent kimi keçəcək.

İngiltərə yığmasında 10 oyuna çıxan Kiran Gibbs, 2007-2017-ci illər aralığında “Arsenal”da çıxış edib.

“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp