DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Azərbaycan matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, millimizin 0:1 hesabıyla uduzduğu görüşün ən yaxşısı Şahruddin Məhəmmədəliyev seçilib.

“Whoscored” nəşri 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb. Belə ki, Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.

Məhəmmədəliyev 8.1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp