“Serbiya və Azərbaycan yığmalarının matçı eyni vaxtda idi və hər ikisinə baxırdım. Azərbaycan nizam-intizamlı futbol oynadı. Kompakt şəkildə çıxış edirdilər”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın serbiyalı futbolçusu Uroş Matiç deyib.

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Portuqaliya – Azərbaycan (1:0) matçını dəyərləndirən yarımmüdafiəçi millimizin qarşıdakı Serbiya ilə oyunun barədə fikirlərini açıqlayıb: “Azərbaycanın üstünlüyü odur ki, Serbiyaya qarşı evdə oynayacaq. Serbiyanın 27 martda Portuqaliyaya qarşı çox ağır oyunu var və bundan sonra Azərbaycana səfər edəcək. Yaxın yol deyil. Detalları nəzərə alsaq, Serbiya yığmasını ağır oyun gözləyir. Ümumiyyətlə, bu gün hər hansı matçla bağlı nəticə demək çətindir. Avropa çempionu olan Portuqaliya Azərbaycana qarşı çətinlik çəkdi. Asan qələbə deyildi onlar üçün. Bizi maraqlı matç gözləyir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp