Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunda çıxış edən 36 yaşlı futbolçu millimizə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:

“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda”.

Qeyd edək ki, Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp