“Səbail” və “Keşlə” arasında yoxlama matçının tarixi dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçiləri arasındakı görüş planlaşdırıldığı kimi, martın 26-da yox, 1 gün sonra baş tutacaq.

Qarşılaşmanın məkanı da dəqiqləşib. Belə ki, komandalar “Keşlə”nin stadionunda – “ASK Arena”da üz-üzə gələcək. Matça saat 16:00-da start veriləcək.

Qeyd edək ki, “Səbail” fasilədən sonra Premyer Liqanın 21-ci turu çərçivəsində “Zirə”ni (aprelin 3-də), “Keşlə” isə “Qarabağ”ı (aprelin 4-də) qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp