Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu turun oyun cədvəli məlum olub.

Futbolinfo.az xəbər verir ki, növbəti turun üç gündə keçiriləcək bütün oyunlarına saat 15:00-da start veriləcək.

Turun “Sumqayıt-2” – “Kəpəz” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

Birinci Divizion
19-cu tur
1 aprel

“Turan Tovuz” – “Qarabağ-2”
Tovuz şəhər stadionu

“Qaradağ Lökbatan” – “Keşlə-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

2 aprel

“Neftçi-2” – MOİK
“Neftçi”nin təlim-məşq mərkəzi (4-cü meydança)

“Sabah-2” – “Zaqatala”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

3 aprel

“Sumqayıt-2” – “Kəpəz”
“Sumqayıt Arena” (ehtiyat meydança)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp