Futbol üzrə Xorvatiya milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Sloveniyaya məğlub olub.

Futbolinfo.az xəbər verir ki, komandasının 0:1 hesablı məğlubiyyətə üzüldüyü qarşılaşma xorvatların lideri Luka Modriç üçün rekordla əlamətdar olub.

Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığmada 134-cü matçına çıxıb. O, Xorvatiya millisinin tarixində sabiq müdafiəçi Dario Srna ilə birlikdə ən çox oyun keçirən futbolçuya çevrilib.

Modriç Xorvatiya yığmasında 2006-cı ildə Argentina ilə oyunda debüt edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp