Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Joau Feliks DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Madrid “Atletiko”sunun formasını geyinən futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq”.

22 yaşlı futbolçu Serbiyaya qarşı keçirəcəkləri növbəti oyundan da söz açıb:

“Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp