“Keşlə”nin müdafiəçisi Miyusko Boyoviçin futbolinfo.az-a müsahibəsi

  • “Keşlə” qələbə üzünə həsrətdir. Bunun səbəbini nədə görürsən?
  • Bu mövsüm çox oyunlar bir-birinə oxşayır. Bütün oyunların cəmi 3-də qələbəyə sevinmişəm. Mövsümün əvvəlindən indiyə qədər xeyli yaxşı matçlar oldu, lakin o xallar itirdik. Son dövrlərdə də yaxşı çıxış edir, amma qalib gələ bilmirik. Bunun səbəbini də anlamıram, bilmirəm.
  • Qarşıdakı oyunlarda nə dəyişəcək?
  • Məşqlərə ciddi və peşəkar şəkildə yanaşmalıyıq. Güclü olmağa davam etməliyik və zəif nöqtələrimizi arada qaldırmalıyıq. Əminəm ki, meydanda işimizi vicdanla yerinə yetiririk.
  • Milli komandalara görə yaranan fasilədən sonra komanda qol vurmaq problemini aradan qaldıracaq?
  • Hər fasilə yaxışıdır, çünki komandanın istirahətə ehtiyacı var. Zədələrdən qurtulmalı və yoldaşlıq oyunlarında az oynayan futbolçular daha çox şans qazanmalıdır. Bundan sonra biz mövsümün ən vacib hissəsinə hazırlaşmalıyıq. Düşünürəm ki, fasilədən çox yaxşı istifadə edirik.
  • Əvvəllər “Keşlə”nin əvəzedilməz futbolçularından olsan da, indi demək olar ki, şans qazanmırsan…
  • Həmişə oynamağa hazıram. Məşqçilərin fərqli seçimi və hər oyunçu haqqında ayrıca fikri var. Son matçlarda ehtiyat oyunçular skamyasında otururam və bu, məşqçinin qərarıdır. Lakin bu, motivasiyama təsir etmir. Məşqçinin seçiminə hörmət edirəm və komandaya kömək etmək üçün şansımı gözləyirəm.
  • Şans qazanmamağın komandadan ayrılmağına təsir edə bilər?
  • Klubdakı gələcəyimi bilmirəm. Əvvəlcə, bu mövsümü bitirənə qədər işimi yaxşı görməliyəm. Yalnız bu barədə düşünürəm. Sağlam qalmalı və daha çox oynamaq üçün cəhd edəcəm. Mövsümün sonunda hər şeyi görəcəyik.
  • Azərbaycan millisinin matçını izlədin?
  • Azərbaycanın oyununu izləmədim, Serbiyanın matçına baxdım. Serbiya yaxşı oynamasa da, qalib gəldi. Bu komandanın yaxşı oyunçuları var. Əgər Serbiya Azərbaycanla oyunda da İrlandiyaya qarşı oynadığı kimi çıxış etsə, milliniz bu matçdan xal alacaq. Serbiyaya azarkeşlik edəcəm, amma Azərbaycana da uğurlar arzu edirəm.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp