“Bavariya”dan ayrılacağını açıqlayan David Alaba yayda “Real”a keçəcəyi iddialarına münasibət bildirib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi bunları deyib:

“Real”a keçəcəm? Əlbəttə, mən də bəzi şeylər eşidirəm. Ancaq səhərlər durub qəzet oxuyan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik”.

Alaba 2010-cu ildən “Bavariya”nın şərəfini qoruyur. Mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayan futbolçunun ya “Real”, ya da “Barselona”ya keçəcəyi iddia olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp