Aleksey İsayevin erməni dostuyla bağlı məlum paylaşımını qınayanların sırasına veteran futbolçular da qoşulub.

Futbolinfo.az xəbər verir ki, millimizin sabiq üzvləri rusiyalının dərhal heyətdən qovulmasını istəyir.

Vaqif Cavadov: “Bir futbolçu Azərbaycan millisinin şərəfini qoruyursa, ölkə çempionatında çıxış edirsə, danışığına, paylaşımına fikir verməlidir. Kimliyindən asılı olmayaraq, hər kəsə aiddir. Dostluq edə bilərsən, amma dərk etməlisən ki, Azərbaycandasan, düşmən olan xalqa “qardaş” deyirsən. Birmənalı olaraq etirazla qarşılanmalı idi və elə də oldu. Buna görə cəzalandırılmalıdır”.

Zaur Ramazanov: “Aleksey bu hərəkətinə görə millidən uzaqlaşdırılmalıdır. Günah onda deyil, onu milli komandaya gətirəndədir. Bunun başqa adı yoxdur və yığmadan getməlidir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp