DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində bu gün 2-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub.

Azərbaycan milli komandasının yer aldığı A qrupunda bu gün iki oyun keçirilib. İlk turda millimizə qalib gələn Portuqaliya yığması bu dəfə səfərdə Serbiyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. İrlandiya millisi isə doğma meydanda Lüksemburqla qarşılaşıb və minimal hesabla uduzub.

G qrupunda yer alan Türkiyə millisinin bu turdakı rəqibi Norveç olub. Görüş koronavirus pandemiyası səbəbiylə Norveçdə yox, İspaniyada keçirilib. İlk turda Niderlandı məğlub edən qardaş ölkə təmsilçisi bu oyunda da darmadağına sevinib. Qrupun digər matçında Niderland Latviyanı sınağa çəkib və inamlı qələbə qazanıb.

İkinci turun digər görüşləri sabah keçiriləcək.

DÇ-2022-nin seçmə mərhələsi
27 mart

A qrupu

Serbiya – Portuqaliya 2:2
Qol: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.

İrlandiya – Lüksemburq 0:1
Qol: J.Rodriqes, 85.

E qrupu

Belarus – Estoniya 4:2
Qol: Lisakoviç, 45-pen; 84. Kendiş, 64. Savitski, 81 – Anier, 31; 55.

Çexiya – Belçika 1:1
Qol: Provod, 50 – Lukaku, 60.

G qrupu

Monteneqro – Cəbəllütariq 4:1
Qol: Beqiray, 25. Şimiç, 43. Tomaşeviç, Yovetiç, 80 – Stayç, 30-pen.

Norveç – Türkiyə 0:3
Qol: O.Tufan, 4; 59. Ç.Söyüncü, 28.

Niderland – Latviya 2:0
Qol: Berqeys, 32. De Yonq, 69.

H qrupu

Rusiya – Sloveniya 2:1
Qol: Dzyuba, 26; 35 – İliçiç, 36.

Xorvatiya – Kipr 1:0
Qol: Paşaliç, 40.

Slovakiya – Malta 2:2
Qol: Ştreleç, 49. Şkrinyar, 53 – Qambin, 16. Satariano, 20.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp