Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirəcəkləri səfər matçından öncə fikirlərini bölüşüb.

Futbolinfo.az Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ötən gün baş tutan mətbuat konfransında ilk turda Azərbaycanı məğlub etdikləri görüşlə də bağlı danışıb:

“Qrupun ən çətin matçı Serbiya ilədir? Bilmirəm. Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, lakin belə olmadı. Əsas olan nəticədir.

Serbiya DÇ-2022-yə qatılmaq istəyir. Həm hücumda, həm də müdafiədə necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Hücum etməyə, qol vurmağa istəkli iki komanda qarşılaşacaq. Futbolçularıma inanıram”.

Portuqaliya ilk turda Azərbaycanı məğlub edib – 1:0. Serbiya – Portuqaliya matçına isə bu gün saat 23:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp