Xorvatiya millisinin futbolçusu Luka Modriç yeni rekorda imza atıb.

Futbolinfo.az Xorvatiya Futbol Federasiyasının “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin seçmə mərhələsində qarşılaşdıqları Kiprlə matçda nail olub.

Sözügedən görüşdə start heyətdə meydana çıxan 35 yaşlı yarımmüdafiəçi millidəki oyunun sayını 135-ə çatdırıb. Bununla da o, Dario Srnanın (134 oyun) rekordunu yeniləyib.

Xatırladaq ki, Modriç 2006-cı ildə yığmada debüt edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp