Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub.

B qrupunda lider İsveç yığması hələ matça çıxmayan Kosovonun qonağı olub və darmadağına sevinib. Daha bir qarşılaşma ilk turu məğlubiyyətlə başa vurmuş Gürcüstan və öz meydanında Yunanıstanla heç-heçə etmiş İspaniya milliləri arasında keçirilib. Hesabı gürcülərin açdığı oyunda ispanlar çətin və əzmkar qələbəyə seviniblər.

C qrupunun liderlərindən olan İsveçrə yığması hələ oyun keçirməyən Litvanı qəbul edibsə, İtaliya xalsız Bolqarıstanın qonağı olub. İtalyanlar inamlı qələbə qazandıqları halda, İsveçrə minimal hesabla üstün olub.

D qrupunda ilk turu heç-heçə ilə başa vurmuş Ukrayna və Finlandiya qarşılaşıb. Tərəflər bu oyundan da 1 xalla ayrılıblar. Qazaxıstan isə debütdə son dünya çempionu Fransanı qəbul edib. Fransızlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

F qrupunda lider Danimarka Moldovanı, xalsız İsrail Şotlandiyanı sınağa çəkib. İsraildə heç-heçə qeydə alınıbsa, Danimarka yığması 8 cavabsız qolla üstün olub. Daha bir görüş ilk turu heç-heçə ilə başa vurmuş Avstriya və Farer adaları yığmaları arasında olub. Avstriya yığması rəqibini məğlub yola salıb.

I qrupunda ilk turu qələbə ilə başa vurmuş Albaniya və İngiltərə yığmaları qarşılaşıb. İngilislərin inamlı qələbəyə sevindiyi gündə Polşa Andorranı, Macarıstan da San Marinonu darmadağın edib.

Nəhayət, J qrupunda ilk turdan qalib ayrılmış Rumıniya və Almaniya yığmaları üz-üzə gəlib. Almanlar bu oyunda minimal hesabla üstün olublar. Həmçinin, Ermənistan İslandiyanı, Şimali Makedoniya Lixtenşteyni məğlub yola salıb.

DÇ-2022-nin seçmə mərhələsi
28 mart

B qrupu

Gürcüstan – İspaniya 1:2
Qol: Kvaratsxeliya, 44 – Torres, 56. Olmo, 90+2.

Kosovo – İsveç 0:3
Qol: Auqustinsson, 12. İsak, 35. Larsson, 70-pen.

İsveç – 6, İspaniya – 4, Yunanıstan – 1, Kosovo – 0, Gürcüstan – 0

C qrupu

Bolqarıstan – İtaliya 0:2
Qol: Belotti, 43-pen. Lokatelli, 83.

İsveçrə – Litva 1:0
Qol: Şakiri, 2.

İsveçrə – 6, İtaliya – 6, Litva – 0, Bolqarıstan – 0, Şimali İrlandiya – 0

D qrupu

Qazaxıstan – Fransa 0:2
Qol: Dembele, 19. Malıy, 44-öz qapısına.

Ukrayna – Finlandiya 1:1
Qol: Moraeş, 80 – Pukki, 89-pen.

Fransa – 4, Finlandiya – 2, Ukrayna – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 0

F qrupu

Danimarka – Moldova 8:0
Qol: Dolberq, 19-pen; 48. Damsqaard, 22; 29. Larsen, 35. Yensen, 39. Skov, 81. İnqvartsen, 89.

İsrail – Şotlandiya 1:1
Qol: Perets, 44 – Freyzer, 56.

Avstriya – Farer adaları 3:1
Qol: Draqoviç, 30. Baumqartner, 37. Kaladziç, 44 – Nattestad, 19.

Danimarka – 6, Avstriya – 4, Şotlandiya – 2, Farer adaları – 1, Moldova – 1, İsrail – 1.

I qrupu

Albaniya – İngiltərə 0:2
Qol: Keyn, 39. Mount, 63.

Polşa – Andorra 3:0
Qol: Levandovski, 30; 55. Sviderski, 88.

San Marino – Macarıstan 0:3
Qol: A.Salai, 13-pen. R.Sallai, 71. Nikoliks, 88-pen.

İngiltərə – 6, Polşa – 4, Macarıstan – 4, Albaniya – 3, Andorra – 0, San Marino – 0

J qrupu

Ermənistan – İslandiya 2:0
Qol: Barseqyan, 53. Bayramyan, 74.

Rumıniya – Almaniya 0:1
Qol: Qnabri, 17.

Şimali Makedoniya – Lixtenşteyn 5:0
Qol: Bardi, 7. Traykovski, 51; 54. Elmas, 62. Nestorovski, 82-pen

Almaniya – 6, Ermənistan – 6, Şimali Makedoniya – 3, Rumıniya – 3, Lixtenşteyn – 0, İslandiya – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp