Futbol üzrə Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Serbiya ilə səfər oyununda kapitan sarğısını yerə tullayıb.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçunun bu addımına matçın 3-cü uzatma dəqiqəsində vurduğu qolun hakimlər tərəfindən sayılmaması səbəb olub.

Belə ki, Ronaldonun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qolu qeydə almayıb və oyunu davam etdirib. Hakimin qərarından qəzəblənən Ronaldo buna etiraz etsə də, önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını yerə tullayaraq meydanı tərk edib.

Qeyd edək ki, Serbiya – Portuqaliya matçında qonaqlar ilk yarıda vurduqları iki qolla hesabda öndə olublar. Lakin fasilədən sonra serblər buraxılan topların əvəzini çıxmağı bacarıblar. Beləcə, bu qarşılaşma 2:2 hesabıyla başa çatıb. Bu nəticədən sonra Serbiya və Portuqaliya hərəyə 4 xalla millimizin də yer aldığı A qrupunda ilk 2 pilləni bölüşürlər.

ronaldo 1616927587 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp