Futbol üzrə Malta milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə heç-heçə edib.

Futbolinfo.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda maltalılar yeni uğura imza atıblar.

Belə ki, Malta millisi 2001-ci ildən sonra ilk dəfə dünya çempionatlarının seçmə mərhələsi çərçivəsində bir səfər matçında iki qol vurmağı bacarıb.

Malta yığması sonuncu dəfə 2001-ci ildə, DÇ-2002-nin seçmə mərhələ oyununda səfərdə Çexiya yığmasına 2 qol vurmuşdu. Lakin həmin oyunda komanda rəqibinə 2:3 hesabıyla uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp