“Neftçi”nin futbolçusu Keysuke Honda İtaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “La Gazetta dello Sport” nəşrinə danışan yaponiyalı yarımmüdafiəçi “ağ-qaralar”a keçidi barədə bunları deyib:

“Yeni çağırış axtarırdım və Bakını seçdim. Çempion olmağa çalışırıq. Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdı. Bu, karyera məsələsi deyil. Bu barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm. Çoxları “Keysuke qurtarıb” deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harda olacam”.

Təcrüəbli oyunçu “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp