Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə qarşılacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxırıq. Bu iki oyunda bəzi keyfiyyətlərimizi və çatışmayan cəhətləri gördük. Sabah fiziki və texniki baxımdan güclü komanda ilə qarşılaşacağıq. Sabah bizi ağır oyun gözləyir.
  • Portuqaliya ilə oyunun 2-ci, Qətərlə matçın isə ilk hissəsində komanda pis çıxış etmədi. Sabah oyunun hər iki hissəsində stabil oynamaq üçün nə lazımdır?
  • İki fərqli oyun oldu. Portuqaliya ilə matçın ilk hissəsində futbolçularda utancaqlıq oldu, lakin ikinci hissədə göstərdilər ki, yaxşı oynamaq olur. Futbolçuların xarakterindən razı qaldım. Qətərlə oyunda heyətdə dəyişiklik etdik. Az şans qazanan oyunçuların fiziki durumu normal deyildi. Qətərlə matçda 2-ci qolu vura bilərdik. Penaltini də hakim rəqibə hədiyyət etdi.
  • Komandada son vəziyyət nə yerdədir?
  • Bəhlulun yüngül zədəsi var, sabah son durumu bilinəcək.
  • Start heyətini müəyyənləşdirmisizmi?
  • Xeyr, sabah elə bir komanda olacaq ki, böyük istəyi olacaq. Bizim gözəl bayrağımız üçün mübarizə aparacaqlar.
  • Milan Obradoviç və Miloş Velebit serbiyalıdır. Onlardan nəsə məlumat almısızmı?
  • Bəli, Obradoviçlə bir müddət əvvəl danışmışam. Serbiya millisində yeni baş məşqçi var. Fiziki və texniki baxımdan güclüdür, təcrübəlidirlər. Əfsuslar olsun ki, bizim futbolçularda bu təcrübə yoxdur.
  • Azərbaycana gəldikdən sonra bu millidə nəyi dəyişə bilmisiz?
  • Açığı, o qədər də tez-tez görüşmürük, bu baxımdan çətindir. 6 günə 3 oyun keçiririk. Mentalitetin üzərində çox çalışırıq, bu, bir günə düzəlmir. Futbolçular inkişaf etməyi daha çox istəməlidirlər. Beyinlərində uduzmamalıdırlar.
  • Azarkeşlər sizdən qələbə gözləyir. Sabah onları sevindirə biləcəksiz?
  • Özüm də çox narahatam. Bizimlə yanaşı, rəqiblərimiz də qələbə qazanmaq istəyir. Bizim məqsədimiz qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək idi.
  • Azərbaycan millisinin dünya çempionatına yollanmaq üçün potensialı var?
  • Hələ başlanğıcdayıq. Uşaqlarla danışmışam və demişəm ki, buna inanmalıyıq. Qrupun 5-ci komandasıyıq. Futbolda hər zaman güclülər qazanmır. Hər birimizin arzusu dünya çempionatına yollanmaqdır.
  • Serbiya milli komandası ilə oyunlarda bir xal qazana bilərik?
  • Əvvəl necə olduğunu bilmirəm. Onu deyə bilərəm ki, sabah sona qədər mübarizə aparmalıyıq.
  • Mahir Emrelinin fiziki durumu 6 gün ərzində 3 oyun keçirməsinə imkan verir?
  • Düşünürəm ki, fiziki baxımdan hazırdır. Qətərlə matçda 65 dəqiqə oynadıq. Biz çalışıb heyətimizi qorumalıyıq. Emrelinin sabah oynayıb-oynamayacağını bilmirəm. Qərarı sabah verəcəyik.
  • Heyətdə top saxlaya bilən oyunçular daha çox olsa, yaxşı olmazmı?
  • Bunu başa salmaq çətindir. Biz beynəlxalq səviyyədə oynamağa öyrəşmişik. Bizim heyətimizin demək olar ki, hamısı yerli çempionatda çıxış edir. Lakin rəqiblərimizin oyunçuları Avropa klublarında çıxış edirlər. Biz öz oyunumuzu qorxmadan oynamalıyıq.
  • Taktiki və texniki baxımdan sabahkı oyunla bağlı nə deyə bilərsiz?
  • Açığı, indiyə kimi texniki baxımdan çox çətinlik çəkdiyimizi düşünməmişik. Ən vacib olan situasiyaları diqqətli oxumaqdır. Saniyə məsələsi böyük rol oynayır. Addım-addım çalışmalıyıq ki, yaxşı nəticələr əldə edək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp