17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün daha bir yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan millimiz “Qəbələ”nin U-19 komandası ilə qarşılaşıb.

Yığma komanda hazırlıq çərçivəsində sonuncu sınaq matçından 3:1 hesabı ilə qalib ayrılıb. U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp