Sabah – martın 31-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 2007-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyun keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma elit-məşq layihəsinin iştirakçıları arasında təşkil olunacaq. Oyunun əsas məqsədi 15 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp