“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə – komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.

Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp