Serbiya millisinin üzvü Nemanya Radonyiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması üzərində qələbəni dəyərləndirib. Futbolinfo.az saytına müsahibə verən yarımmüdafiəçi mundiala vəsiqə uğrunda Portuqaliya və Serbiyadan başqa komandaların mübarizə apara bilməyəcəyini deyib:
- Azərbaycan üzərində sanki rahat qələbə qazandınız?
- Sizinlə razı deyiləm. Azərbaycan yaxşı və möhkəm komandadır. Bilirdik ki, səfərdə bizə elə də asan olmayacaq. Əla müdafiə olunurdu rəqib. Lakin özümüzə inandıq və bu inam sayəsində qalib gəldik.
- Serbiya sanki tam gücü ilə oynamırdı…
- Yox, fikrimcə, rəqib oynamağa imkan vermirdi. Azərbaycanın ciddi şəkildə müdafiə olunması bizə çətinlik yaratdı. Düzdür, hardasa yorğunluq oyunumuza təsir edirdi. Portuqaliya kimi güclü komanda ilə matçdan sonra çətinliki yarandı.
- Səncə, Azərbaycan yığması bu qrupda nə qədər xal toplaya bilər?
- Bunu demək çətindir, lakin qarşıda hələ xeyli oyun var. Onlar bizə qarşı da oynayacaqlar. Nə olacağını görəcəyik. Amma çox şanssız olduqlarını düşünmürəm.
- Hər hansı futbolçumuz diqqətini çəkdi?
- Yox, bu barədə nəsə deyə bilməyəcəm.
- Portuqaliya və Serbiyadan başqa komandaların DÇ-yə vəsiqə uğrunda yarışacağı sizə inandırıcı görünür?
- Fikrimcə, favorti Portuqaliya və Serbiyadır. Vəsiqə uğrunda da bu iki komandanın yarışacağını düşünürəm.
- Bakını gəzdiniz və şəhər haqqında hansı düşüncələrə sahibsiz?
- Biz parkda məşq etdik və çox gözəl idi. Bakı şəhərini və stadionu da çox bəyəndim.
AĞA