“Neftçi” Premyer Liqanın 21-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, komanda bir günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

Hazırlıq prosesində milli komandaların düşərgəsindən qayıtmış futbolçulardan yalnız Emin Mahmudov və Anton Krivotsyuk iştirak etməyiblər.

Qeyd edək ki, aprelin 4-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı saat 16:30-da başlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp