İspaniyanın “Barselona” klubunun zədəli futbolçusu Jerar Pike sağalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə ispan müdafiəçinin artıq komanda ilə məşqlərə başladığı qeyd olunub.

Xatırladaq ki, Pike martın əvvəlində “Sevilya” ilə keçirilən İspaniya kuboku matçında (3:0) zədələnmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp