Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”lə qarşılaşacaq “Zirə”nin 3 futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən götürülmüş testlərin nəticəsi müsbət çıxıb.

Riçard Almeyda buna görə hətta bir neçə gün öncə baş tutmuş “Qəbələ” ilə yoxlama oyununda da iştirak edə bilməyib. Hər üç oyunçu karantinə alınıb.

“Səbail”in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək “Səbail” – “Zirə” matçı saat 16:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp