“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradovun futbolinfo.az saytına müsahibəsi

  • Milli komandalara görə yaranan fasilədən necə yararlandınız?
  • Məşqlərimizi tam komanda şəklində davam etdirdik. Şükür Allaha ki, zədəlilərimiz yoxdur. Baş məşqçimizin verdiyi tapşırıqlar əsasında məşqlər etdik və oyunlarda bunun bəhrəsin görəcəyimizə inanıram. Bizim xeyrimiz oldu təbii ki..
  • “Qəbələ” baxımlı futbol oynayır, amma turnir cədvəlində hələ ki, aşağı pillələrdədir. Yuxarı yerlərə qalxmaq üçün nə çatışmır?
  • Yaxşı futbol oynamağımız bizə inam və stimul verir. Gözəl oyun oynamağa davam etsək, nəticələrə də sevinəcəyik. İnanıram ki, qarşıdakı oyunlarda bizi qane edən nəticələ əldə edəcəyik.
  • Fasilədən sonra ilk oyununuzu “Sabah”a qarşı keçirəcəksiniz. Rəqibin hazırki durumunu nəzərə alsaq, 3 xallıq oyun kimi baxmaq olar?
  • Bilirsiz ki, “Sabah”da dəyişiklik oldu və çox çətin bir qarşılaşmanın bizi gözləyəcəyini düşünürəm. Hər iki komanda üçün vacib matçdır. Rəqibin heyətində təcrübəli və yaxşı oyunçular var. İki komandaya da xal lazımdır və çətin qarşılaşma keçəcək.
  • Visente Qomesin gedişindən sonra “Sabah”da baş məşqçi bir neçə il “Qəbələ”də çalışmış Ramin Quliyev oldu. Düşünürsən ki, sabiq məşqçin daha yaxşı komanda və taktika ilə qarşınıza çıxacaq?
  • Ramin müəllim “Qəbələ”nin əvəzedici komandasında işləyəndə mən də orda oynayırdım. Onunla birlikdə çempion olmuşuq. İnanıram ki, komandanı dirçəldəcək. Quliyevin rəhbərliyi altında “Sabah” cəmi 1 oyun keçirib və çətin rəqib “Qarabağ”la oynayıb. Ona uğurlar arzu edirəm. Baş məşqçi karyerasının yaxşı alınacağını düşünürəm. Baş məşqçi dəyişəndə oyunçuların istəkləri artır və daha da inamla çıxış edirlər. Özlərini sübut etməyə çalışıram. Onu da biz anlayırıq və daha ciddi oynayacağımıza əminəm.
  • Milli komandamızın DÇ-2022-nin seçmə mərhələsində Portuqlaiya (0:1) və Serbiya (1:2) oyunlarını necə dəyərləndirirsiz?
  • Milli komandamızda gəncləşdirmə gedir və bunun üçün müəyyən zamana ehtiyac var. Nəticələr ürək açan olmasa da, oyunlarda futbolçularımızın yaxşı çıxış etdiyi epizodlar oldu. Bəzən müdafiədə, bəzən hücumda inamlı oynadılar. Düzdür, səhvsiz futbol olmur. Nəticə çıxarıb qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq lazımdır.
  • Sosial şəbəkələrdə hər kəs etiraz edirdi ki, “Qarabağ”dan sonra çempionatda ən baxımlı oyun göstərən “Qəbələ”nin heyətindən heç kim milliyə dəvət almayıb. Buna sənin münasibətin necədir?
  • Bu suala mən cavab verə bilmərəm, çünki mən gəncəm və fikrim meydandadır. Oyunumu oynamağa çalışıram. Baş məşqçinin seçimlərinə hər kəs hörmətlə yanaşmalıdır. Bu sualı təcrübəli oyunçularımız Anar Nəzirov, Asif Məmmədov, Rasim Ramaldanov, Cavid Hüseynov daha yaxşı cavablandıra bilər.
  • Yığmanın baş məşqçisi Canni De Byazidən dəvət gözləyirdin?
  • Təbii ki, hər bir futbolçunun arzusu A milli komandada oynamaqdır. Yığmanın formasını geyinmək şərəfdir. Mənim də arzum, istəyim budur ki, orda çıxış edim. Gözləmirdim desəm, yalan olar, gözləyirdim. Amma bu qismətdir və həyat davam edir. Dəvət almaq üçün əlimdən gələni edəcəm.
    AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp