İngiltərənin “Lester Siti” klubu futbolçusu Keleçi İheanaço ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı hücumçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər artırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İheanaço bu mövsüm “Lester Siti” ilə 28 oyunda 12 qol vurub.

Nigeriyalı futbolçu 2017-ci ildən “Lester Siti”də çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp