“Bavariya” Almaniyada yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatının 27-ci turu çərçivəsində səfərdə “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib.

Bununla da komanda bütün turnirlər çərçivəsində ardıcıl 62 oyundur qol vurur. Bu isə Almaniya klubları üçün rekord hesab edilir. “Bavariya” sonuncu dəfə ötən ilin 9 yanvarında məhz “Leypsiq”lə görüşdə qol vura bilməmişdi – 0:0.

Almaniya nəhənginin əvvəlki rekordu 61 oyundan ibarət idi. Münhen təmsilçisi 2013-cü ilin martından 2014-cü ilin aprelinə qədər məhz 61 görüşdə meydanı qolsuz tərk etməmiişdi.

Qeyd edək ki, “Bavariya” bu mövsüm Bundesliqada keçirdiyi 27 oyunda 64 xal toplayıb və vahid liderdir.

Shares: