Kolumbiya milli komandasının sabiq futbolçusu Con Viafara həbs olunub.

Futbolinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məhkum edilib.

Viafara ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.

Karyerası ərzində “Portsmut”, “Sauthempton” və “Real Sosyedad” kimi klublarda forma geyinən Viafara, 2015-ci ildə karyerasını bitirib. Keçmiş yarımmüdafiəçi 43 dəfə də Kolumbiya milli komandasının şərəfini qoruyub.

Shares: