İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Kristian Pulişiç zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amerikalı yarımmüdafiəçi Premyer Liqanın 30-cu turunun “Vest Bromviç”lə oyununun ilk hissəsində zədələnərək, meydanı tərk edib.
Pulişiçin son durumu tibbi müayinədən sonra bilinəcək. 22 yaşlı futbolçu bu mövsüm artıq 4-cü dəfədir ki, zədələnir.
“Çelsi” – “Vest Bromviç” matçı qonaqların 5:2 hesablı qələbəsiylə başa çatıb. Pulişiç sözügedən qarşılaşmada bir qol vurub.