“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Quliyev, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Qələbə qazandıq. Ağır oyun oldu. Komandada qələbəyə inam yox idi, neçə ay idi qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük.
  • Komandada gəlişinizdən sonra nəyi dəyişdiz?
  • Komandada özünəinam yaratmışıq. Əvvəl komandada ruh, özünəinam yox idi. Bacardığımız qədər çalışdıq. Qısa müddətə komandanı hazır etmək olmur. Milli fasiləyə görə komanda şəraitində məşq etmək alınmırdı.
  • Qarşınıza hansı hədəf qoyulub?
  • Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb.
  • Komandanın avrokuboklara çıxmaq şansı var?
  • İki-üç qələbə bizə daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də olmasın?
  • Ramil Şeydayev sizin gəlişinizdən sonra əsas heyətdə oynayır. Nə oldu ki, ehtiyatda qalan Ramil yenidən əsas heyətdə yer alır və komandasının qələbə qolunu vurur?
  • Ramil potensial olaraq çox keyfiyyətlidir. Ona inam lazım idi. Bu gün onu sona qədər meydanda saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda yaxşı Ramili görəcəksiz.
Shares: