“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Oyunun çətin keçəcəyini bilirdik. “Sabah” somuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Komanda verilən tapşırığı maksimum yerinə yetirməyə çalışırdı. Komandanın 90 dəqiqə hücumda oynamasını istəyirəm və bunu da etməyə çalışırıq.
  • Son nöqtəni qoymaq üçün nə çatmır?
  • İmkanım olsa, özüm gedib vuraram. Sadəcə, kənardayam. Bəzən şanssızlıq olurq. Çoxsaylı epizodlar yaradırıq və bu da güc tələb edir. Sadəcə, son zərbələrdə dəqiq ola bilmirik. Bunu şanssızlıqla əlaqələndirirəm. Komanda uduzubsa, məsuliyyətli şəxs ilk növbədə mənəm. Komandanın oyun planında problem görmürəm. Sadəcə, son vuruşları dəqiq yerinə yetirə bilmirik.
Shares: